Paşinyan Ermənistanın eks-prezidentlərini qatil adlandırdı
Ermənistanın baş naziri növbəti dəfə müxalifətin istefa çağrışlarını rəd edib, sabiq prezident6ləri qatil adlandırıb.
SəhərAzəri xəbər verir ki, Nikol Paşinyan deyib: Ölkədə hər gün aqressiyanın artmasına, qan tökülməsinə çalışan, seçkiləri istəməyən qüvvələr var. Mən onların bizim hakimimiz olmasına imkan vermirəm. Hakim xalq olmalıdır".
Paşinyan bunu Aştarak vilayətinin sakinləri ilə görüşdə eks-prezident Levon Ter-Petrosyanın fikirlərini şərh edərkən deyib.
Ter-Petrosyan bildirmişdi ki, yeganə çıxış yolu Paşiyanın təcili baş nazir postundan istefa verməsi, müvəqqəti xaricdə sığınacaq tapması və onun toxunumazlığına zəmanətin verilməsidir.
Paşinyan isə buna cavab olaraq deyib Mən heç yerə qaçmayacam. Əgər xalq qərar versə ki, məni güllələməlidir, mən divarın qabağında dayanaram".
Baş nazir həmçinin qeyd edib ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq hazırkı anda Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil".
N. Paşinyan deyib ki, bu gün onu Qarabağla bağlı üçtərəfli bəyanatı imzalamağa görə satqınlıqda günahlandırmağa davam edirlər: “Ancaq sual vermək lazımdır ki, digər hakimiyyətlər bu razılaşmadan imtina edərdilərmi?
Ermənistan Baş naziri bir daha bəyan edib ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində dəyişikliyə nail olmağa çalışıb: “Çünki aparılmış danışıqlar torpaqların mərhələli şəkildə Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Qarabağda müharibə başlayanda ordu mümkün olan vaxta qədər döyüşdü, ancaq ondan artıq davam etdirə bilməzdi.
Paşinyan bundan əvvəl tənqidlərə cavab olaraq bəyan edib ki, müharibə dayandırılmasaydı, 30 minə yaxın erməni əsgər və hərbçi mühasirəyə alınar və məhv olardı.