Mart 21, 2021 20:56 Asia/Baku
  • Ermənistanda Qarabağ məsələsi gündəmdən düşmür

Ermənistanda Qarabağ məsələsi gündəmdən düşmür. Yeni bir iddiaya əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri tədricən Qarabağdan çıxarılır.

SəhərAzəri xəbər verir ki, bununla bağlı Qarabağdakı keçmiş və qondarma rejimin “ordusu”nun keçmiş “mətbuat katibi” Senor Asratyan Feysbukdakı şəxsi səhifəsində sensasion açıqlama verib.

Erməni zabit Qarabağın təqribən 75 faizinin “təhvil verildiyini” iddia edərək baş verənlərə görə Nikol Paşinyanı günahlandırıb. Qarabağdakı erməni silahlılarının çıxarıldığını qeyd edən S.Asratyan bildirib ki, Ermənistanın hökumət başçısı hərbi bölmələri Qarabağdan çıxartmağa məcbur olduğunu deyəcək və qeyd edəcək ki, bunu əsgərlərin valideynləri tələb edirdi, yəni “xalq...”

Ektremist hərbçilər xəbərdarlıq edib ki, Qarabağı itirmək, erməni tarixinin sonuncu vərəqini qapatmış kimi bir şey olacaqdır.

Onların sözlərinə görə, əgər Azərbaycan erməniləri Qarabağdan vurub çıxartsa, onlar daha sonra Zəngəzurda və Ermənistanın digər regionlarında üstünlük əldə edəcəklər. Bu səbəbdən Ermənistanın uzun müddətli əmin-amanlığı həlledici şəkildə Qarabağın taleyindən asılıdır.

 

Teqlər