Paşinyan yenidən Baş nazir postuna namizəd olacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i374766-paşinyan_yenidən_baş_nazir_postuna_namizəd_olacaq
Ermənistanda hakim partiyanın erkən seçkilərdə Baş nazir postuna namizədi Nikol Paşinyan olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2021 19:19 Asia/Baku
  • Paşinyan yenidən Baş nazir postuna namizəd olacaq

Ermənistanda hakim partiyanın erkən seçkilərdə Baş nazir postuna namizədi Nikol Paşinyan olacaq.

SəhərAzəri xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, sualın cavabı aydındır. Heç bir müzakirəyə qatılmadım və idarə heyətinin üzvü deyiləm, amma cavab aydındır”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, hər şey vətəndaşların seçimindən asılı olacaq, belə ki, hakimiyyət onlara bu fürsəti tanımalıdır.

Xatırladaq ki, Ermənistanın parlament qüvvələrinin və siyasi partiyalarının konsensusundan sonra ölkədə iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.