Gürcüstanın dövlət borcu 7.8 milyard dollar çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i374804-gürcüstanın_dövlət_borcu_7.8_milyard_dollar_çatıb
Gürcüstanın xarici dövlət borcu 2,1 milyard dollar artaraq 7,8 milyard dollara çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2021 04:35 Asia/Baku
  • Gürcüstanın dövlət borcu 7.8 milyard dollar çatıb

Gürcüstanın xarici dövlət borcu 2,1 milyard dollar artaraq 7,8 milyard dollara çatıb.

SəhərAzəri  -Axar.az xəbər verir ki, Gürcüstanın ən çox borcu olan kredit təşkilatları sırasında Asiya İnkişaf Bankı birinci yerdədir. Ölkənin bu banka 1,7 milyard dollar borcu var.

İkinci yerdə 1,1 milyard dollarla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, üçüncü yerdə isə 906 milyon dollarla Beynəlxalq İnkişaf Agentliyi dayanır.

Artımın əsas səbəblərindən biri koronavirusa qarşı mübarizə və pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması məqsədilə beynəlxalq kredit təşkilatlarından alınan borcdur.