Paşinyan istefa verəcəyi vaxtı açıqladı
https://azeri.sahartv.ir/news/qafqaz-i374997-paşinyan_istefa_verəcəyi_vaxtı_açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin aprelind istefa verəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2021 13:52 Asia/Baku
  • Paşinyan istefa verəcəyi vaxtı açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin aprelind istefa verəcək.

SəhərAzəri  -“Report” xəbər verir ki, bunu o, martın 28-də Ermənistanın Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib.

O qeyd edib ki, növbədənkənar parlament seçkiləri keçirilənədək Nazirlər Kabineti səlahiyyətlərini icra edəcək:

“Hakimiyyətdən getmək üçün deyil, növbədənkənar seçkilərinin keçirilməsi üçün apreldə istefa verəcəyəm”.

Qeyd edək ki, martın 18-də Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirmişdi. Ermənistan konstitusiyasına əsasən, baş nazir apreldə istefaya getməlidir. Yəni Nikol Paşinyan müxalifətin tələbi ilə deyil, konstitutisya tələblərinə uyğun olaraq istefaya gedəcək.