Putin, Paşinyan və Əliyev arasında üçtərəfli görüş gözlənilir
Azərbaycan Respublikası mediaları Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvada üçtərəfli görüşünün mümkünlüyündən xəbər veriblər.
SəhərAzəri xəbər verir ki, Azərbaycanın Axar saytı son həftələrdə Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında məsləhətləşmələrin davam etməsinə toxunaraq, yazıb: "Gələn həftə Rusiya, Azərbaycan və Ermənistan başçıları arasında, Qarabağda atəşkəslə bağlı üçtərəfli bəyanatın icrasının izlənilməsi və gücləndirilməsi məqsədilə Moskvada qörüş keçiriləcək".
Məlumata əsasən, Paşinyan Putindən Ermənistanın hərbi əsiləri adlandırdığı məhbusların azad edilməsi üçün Azərbaycana təzyiq göstərməsini istəyəcək.
Erməni hərbi əsirlərin sərbəst buraxılması üçün Azərbaycan Respublikasının şərti Ermənistanın hərbi birləşmələrinin Qarabağdan tamamilə çıxarılmasıdır.
Bakı, həmçinin hazırda erməni qüvvələri və Rusiya sülhməramlılarının nəzarəti altında olan, Qırmızı bazar-Şuşa yoluna nəzarəti əldə etməyə çalışır.