"Rusiya hər zaman Qarabağ münaqişəsi tərəflərinin dəstəklədikləri həll variantına hazır olub"
Apr 09, 2021 23:27 Asia/Baku
Mariya Zaxarova: Rusiya hər zaman Qarabağ münaqişəsi tərəflərinin dəstəklədikləri həll variantına hazır olub
SəhərAzəri xəbər verir ki, Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “tert.am” erməni saytının ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri R.Hoqlandın bəyanatı ilə bağlı sualına cavab olaraq bildirib.
O, qeyd edib ki, bu barədə Rusiya prezidenti də dəfələrlə danışıb.
Oxu.az-ın verdiyi məlumata görə“Bu mövqe Rusiyanın həmsədrlik fəaliyytində həlledici amildir. Biz məsələyə münasibətdə Azərbaycan və Ermənistan tərəflərinin, həmçinin Rusiya, ABŞ və Fransanın birgə bəyanatlarına, həmçinin BMT TŞ-nin qətnamələrinə əsaslanırıq”, -deyə M.Zaxarova əlavə edib.