Apr 13, 2021 18:12 Asia/Baku
  • Robert Koçaryan koronavirusa yoluxub

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan koronavirusa yoluxub.

SəhərAzəri Report-a istinadən xəbər verir ki, bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də Yerevanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

R.Köçəryan və vəkili Aram Vardevanyan məhkəmə zalına gəlməyiblər.

Keçmiş prezidentin digər vəkili Hayk Alumyan məhkəmədə bildirib ki, koronavirusun simptomları olduğundan həkimlər müvəkkilinə COVID-19 testi verməyi tapşırıblar. Onun sözlərinə görə, R.Köçəryanın əhatəsində koronavirusa yoluxma halı qeydə alınıb.

R.Köçəryan və vəkili Aram Vardevanyan artıq test veriblər. Onların hər ikisi özlərini təcrid ediblər.

 

Teqlər