Paşinyan yenə Təhlükəsizlik Şurasının iclasını çağırdı
Apr 13, 2021 18:47 Asia/Baku
Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
SəhərAzəri xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
İclas zamanı Ermənistan və Dağlıq Qarabağ ətrafında təhlükəsizliyin formalaşdırılması və gücləndirilməsi məsələləri, regional hadisələr və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının əvvəlki iclası 30 martda keçirilib. Ermənistan Baş naziri iclasda çıxışı zamanı Ermənistanın bölgədəki kommunikasiyaların blokdan çıxarılmasında maraqlı olduğunu, bunun uzunmüddətli inkişaf imkanları vəd etdiyini bildirmişdi.