Apr 13, 2021 19:55 Asia/Baku
  • İrəvan Azərbaycan Respublikasında hərbi qənimətlərin nümayişindən hiddətlənib

İrəvan Ermənistan-Azərbaycan Respublikası hərbi döyüşlərində əldə olunmuş qənimətlərin sərgilənməsindən sonra Bakını etnik nifrətə təhrikdə ittiham edib.

SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2020-ci il sentyabr hərbi döyüşlərində Ermənistan qüvvələrindən əldə olunmuş hərbi qənimət və təchizatlar sərgisində olub. Sərgidə öldürülmüş erməni hərbçilərin yüzlərlə metal dəbilqəsi onların mumdan düzəldilmiş heykəlləri ilə yanaşı sərgilənib.

Hamı üçün açıq olacaq bu sərgi Ermənistanı hiddətləndirib. Belə ki, prokuror Armen Tatoyan onu Bakının genosid siyasətinin sübutu adlandırıb və belə deyib: Bu sərginin açılışı Azərbaycan Respublikasında ermənilərə qarşı əsası qoyulmuş nifrəti aşkar şəkildə təsdiqləyir.

Teqlər