Ermənistanın baş naziri istefa verəcək
Apr 15, 2021 16:37 Asia/Baku
Ermənistanın baş naziri ölkədə erkən parlament seçkiləri keçirmək məqsədi ilə tezliklə istefa edəcək.
SəhərAzəri xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamenti buraxaraq erkən seçkilər təyin etmək üçün aprelin sonuncu 10 günündə vəzifəsindən istefa verəcəyini bildirib.
Bu elə bir haldadır ki, Qarabağda atəşkəsə dair üçtərəfli bəyanatın imzalanmasından sonra, erməni xalqı Qarabağ münaqişəsində Ermənistanın məğlubiyyətində Paşinyanı günahlandırır və geniş aksiyalar keçirərək baş nazirin istefasını tələb edirlər.