Aleksandr Samarski: “ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz”
Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu yenidən fəallaşıb. Bir neçə gün öncə həmsədrlər bəyanatla çıxış ediblər.
SəhərAzəri Oxu.az-a istinadən xəbər verir ki,tanınmış ukraynalı diplomat, Kiyevdəki Rusiya Araşdırma Mərkəzinin sədr müavini, Ukraynanın İrandakı keçmiş səfiri (2010-2014) və Qarabağdakı ATƏT missiyasının Ukrayna üzrə nümayəndəsi (1997-1998, 2004-2006) olmuş Aleksandr Samarski hesab edir ki, hazırki şəraitdə ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz.
“Minsk Qrupunun hazırki fəaliyyətində müəyyən ziddiyyətlər, hətta absurd səviyyəsində olan məqamlar var. Ancaq bu heç də təəccüblü deyil. Hər şeydən əvvəl, ATƏT-in Minsk Qrupu öz mandatı çərçivəsində hərəkət etmək məcburiyyətindədir, yəni ona həvalə edilmiş olduqca aydın və dəqiq vəzifələr var. Halbuki mandat təxminən 30 il əvvəl, 1995-ci ildə təsdiqlənib. Bu müddət ərzində vəziyyət ciddi şəkildə, hətta mən deyərdim ki, kökündən dəyişib.