“Məğlubiyyət öncədən aydın idi” - Araik Arutyunyan
https://azeri.sahartv.ir/news/qafqaz-i376394-məğlubiyyət_öncədən_aydın_idi_araik_arutyunyan
Separatçı rejimin qalıqlarının “başçı”sı Araik Arutyunyan müharibənin nəticələrinin onun üçün 2020-ci ilin oktyabr ayının əvvəlində aydın olduğunu, ancaq Ermənistandakı siyasi qüvvələrin hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı bir fikir birliyinə gələ bilmədiklərini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2021 08:55 Asia/Baku
  • “Məğlubiyyət öncədən aydın idi” - Araik Arutyunyan

Separatçı rejimin qalıqlarının “başçı”sı Araik Arutyunyan müharibənin nəticələrinin onun üçün 2020-ci ilin oktyabr ayının əvvəlində aydın olduğunu, ancaq Ermənistandakı siyasi qüvvələrin hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı bir fikir birliyinə gələ bilmədiklərini açıqlayıb.

SəhərAzəri:  “Sputnik Ermənistan”  xəbər verir ki, Arutyunyan bildirib ki, həmin vaxt Ermənistandakı bir çox siyasi qüvvələr müharibənin bitməsini xəyanət kimi qəbul ediblər.

 O, həmçinin 1994-cü ilin may atəşkəsindən sonra Ermənistan və separatçı qüvvələrin dünya təcrübəsindən lazımi dərsləri almadığını və bunun sarsıdıcı məğlubiyyətə gətirib çıxardığını etiraf edib.