“Məğlubiyyət öncədən aydın idi” - Araik Arutyunyan
Apr 28, 2021 13:25 Asia/Baku
Separatçı rejimin qalıqlarının “başçı”sı Araik Arutyunyan müharibənin nəticələrinin onun üçün 2020-ci ilin oktyabr ayının əvvəlində aydın olduğunu, ancaq Ermənistandakı siyasi qüvvələrin hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı bir fikir birliyinə gələ bilmədiklərini açıqlayıb.
SəhərAzəri: “Sputnik Ermənistan” xəbər verir ki, Arutyunyan bildirib ki, həmin vaxt Ermənistandakı bir çox siyasi qüvvələr müharibənin bitməsini xəyanət kimi qəbul ediblər.
O, həmçinin 1994-cü ilin may atəşkəsindən sonra Ermənistan və separatçı qüvvələrin dünya təcrübəsindən lazımi dərsləri almadığını və bunun sarsıdıcı məğlubiyyətə gətirib çıxardığını etiraf edib.