Ermənistanın Qarabağda aşkarlanan itkin erməni hərbçilərin sayı 1 552 nəfərə çatdı
https://azeri.sahartv.ir/news/qafqaz-i376517-ermənistanın_qarabağda_aşkarlanan_itkin_erməni_hərbçilərin_sayı_1_552_nəfərə_çatdı
Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbi qulluqçusunun meyiti Azərbaycan tərəfindən bu ölkəyə təhvil verilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 01, 2021 05:51 Asia/Baku
  • Ermənistanın Qarabağda aşkarlanan itkin erməni hərbçilərin sayı 1 552 nəfərə çatdı

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbi qulluqçusunun meyiti Azərbaycan tərəfindən bu ölkəyə təhvil verilib.

SəhərAzəri Ermənistan mətbuatına istinadla xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Bununla da 2020-ci ilin 13 noyabrından Qarabağda aşkarlanan itkin erməni hərbi qulluqçuların sayı 1 552 nəfərə çatıb.

Artıq bir neçə aydır ki, erməni hərbçilərin ailələri onların taleyinin müəyyən edilməsi üçün aksiyalar keçirirlər. 

Baş nazir Nikol Paşinyan müharibədə 4 mindən çox əsgər və zabitin öldüyünü bir müddət əvvəl təsdiqləmişdir.