Ermənistana qarşı sərt ittiham
Sergey Markov: Mina xəritələri Azərbaycana məqsədli şəkildə verilmir...
Rusiyalı ekspert Ermənistanı qəsdən minaların xəritəsini Azərbaycana təhvil verməməkdə ittiham edib.
SəhərAzəri xəbər verir: Mayın 1-də Ağdamda səfərdə olan Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov jurnalistlərə müsahibəsində deyib ki, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrini verilməməsi sülh danışıqlarının kobud pozulmasıdır. Mina xəritələrinin təqdim edilməməsi nəticəsində gələcəkdə daha çox insan həyatını itirə bilər. Əlbəttə, sülh razılaşmasının təşəbbüskarı və qarantı kimi Rusiya Ermənistanın mina xəritələrini təqdim etməsinə çalışacaq. Yəqin ki, həmin mina xəritələri var.
Onun sözlərinə görə, mina xəritələri Azərbaycana məqsədli şəkildə verilmir ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa etməsi prosesi geciksin, daha çox insan tələfatı olsun. Bu, tamamilə qəbuledilməzdir.
Sergey Markov bildirib ki, ATƏT-in Minsk Qrupu fərqli mövqe ortaya qoymalıdır: