May 06, 2021 17:09 Asia/Baku
  • Lavrov deyir:

Rusiyanın xarici siyasət aparatının rəhbəri Dağlıq Qarabağda rus sülhməramlılarının fəaliyyətinin səmərəli olduğunu iddia edib.

SəhərAzəri- nin məlumatına əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda Ermənistan xarici işlər naziri Ara Ayvazyanla görüşü zamanı bildirib ki, Dağlıq Qarabağdakı vəziyyət xeyli düzəlib, baş verən xırda hadisələr isə Rusiya sülhməramlıları tərəfindən qısa müddət ərzində həll edilir.

 Onun sözlərinə görə, hazırda müsbət meyllər görürük. Ərazidəki vəziyyət xeyli dərəcədə yoluna qoyulub və Rusiya sülhməramlı heyəti təhlükəsizliyin təminatçısıdır. Bütün əməliyyatlar zamanı labüd olan xırda hadisələr sülhməramlı hərbçilərimizin səyləri ilə qısa müddətdə və səmərəli şəkildə həll edilir.

O, Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun “fəal və ahəngli şəkildə” çalışdığınına toxunaraq deyib: “Bu fəaliyyət Cənubi Qafqazdakı dayanlıqı iqtisadi inkişafı təmin edəcəkdir”.

Qeyd edək ki, rusiyalı sülhməramlıların bəzi fəaliyyətləri Azərbaycanda hiddətlə qarşılanır. Onların 9 may üçün nəzərdə tutduqları hərbi parad isə insanları daha artıq hiddətləndirib. 

Teqlər