Azərbaycan hələlik KTMT-yə üzv ola bilməz
https://azeri.sahartv.ir/news/qafqaz-i377326-azərbaycan_hələlik_ktmt_yə_üzv_ola_bilməz
Rusiya XİN rəsmisi Azərbaycanın KTMT-yə üzvlüyünə maneəni açıqlayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 24, 2021 08:07 Asia/Baku
  •  Azərbaycan hələlik KTMT-yə üzv ola bilməz

Rusiya XİN rəsmisi Azərbaycanın KTMT-yə üzvlüyünə maneəni açıqlayıb.

 SəhərAzəri-nin məlumatına əsasən, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyündən danışarkən deyib ki, bu hərbi alyansın qapıları bütün ölkələr, o cümlədən Azərbaycan üçün açıq olmalıdır.  

Bununla belə Rusiya rəsmisi Azərbaycanın hələlik bu quruma daxil ola bilmək üçüm lazımi şəraitə malik olmadığını vurğulayıb. O Azərbaycan Respublikasının KTMT-yə üzv olmasına mane ola biləcək məqama toxunaraq deyib: “Məsələ burasındadır ki, təşkilatın nizamnaməsinə əsasən üzv dövlətlər arasında diplomatik münasibətlər olmalıdır. Hazırda rəsmi Bakı ilə Yerevan arasında belə əlaqə yoxdur”.