May 26, 2021 08:53 Asia/Baku
  • Rusiya Ermənistanı “Zəngəzur dəhlizi”ni açmağa çağırdı

Rusiyalı rəsmi Ermənistandan Zəngəzur Dəhlizinin tezliklə açılmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanı Cənubi Qafqazda nəqliyyat yollarının açılmasına başlamağa çağırıb.

Rusiya dövlətinin rəsmisi deyib:  "Biz hamımız çox gözləyirik və ümid edirik ki, burada sağlam düşüncə üstünlük təşkil edəcək və biz tezliklə Zaqafqaziya regionunda nəqliyyat yollarının açılmasına başlaya biləcəyik.

Onun sözlərinə görə, indiki reallıqlarda regionda nəqliyyat infrastrukturunun inkişafı "həmişəkindən daha vacibdir".

Overçuk qeyd edib ki, bu gün bütün regionun inkişafı üçün - həm iqtisadiyyat, həm də nəqliyyatın inkişafı baxımından tamamilə yeni şərait yaranır.

"Bu, Ermənistanın bütün iqtisadi potensialının açılması üçün unikal şərait yarada bilər, bu, Avrasiya inteqrasiyamızı tam şəkildə reallaşdırmaq üçün unikal, gözəl şərait yarada bilər", - deyə Baş nazirin müavini qeyd edib.

Teqlər