"Ermənistan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir"
https://azeri.sahartv.ir/news/qafqaz-i377436-ermənistan_vətəndaş_müharibəsi_təhlükəsi_ilə_üz_üzədir
Ermənistanda daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsinə çevrilmək həddindədir. Ermənistanın eks prezidenti belə bir açıqlama ilə çıxış edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2021 08:43 Asia/Baku

Ermənistanda daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsinə çevrilmək həddindədir. Ermənistanın eks prezidenti belə bir açıqlama ilə çıxış edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib ki, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və eks-prezident Robert Koçaryan arasında aşkar şəkildə antaqonizm mövcuddur. Və bu düşmənçiliyin qarşısı alınmasa, nə olacağını təsəvvür etməyə qorxur. Artıq hər iki tərəf ölüm-qalım məsələsini həll edir.

Onun fikrincə, siyasi mənada 27 siyasi qüvvənin parlament seçkilərində iştirak etməsi üçün qeydiyyata alınması normal deyil. Parlament idarəetmə sistemi olan dövlətlərin maksimum 2-3 güclü partiyası olmalıdır. Onlar vaxtaşırı bir-birini əvəz etməli, dövlət düşüncəsinə malik olmalı və ölkəni sarsıntılara gətirməməlidirlər.

Ter-Petrosyan qeyd edib ki, Ermənistan üçün parlament idarəetmə sistemi ölüm deməkdir. Və mütləq idarəetmənin Prezident formasına qayıtmaq lazımdır. O, parlament sisteminə keçidi üçüncü prezident Serj Sarqsyanın ən böyük səhvi adlandırıb.