Sərhəd qarşıdurması ATƏT-i də hərəkətə gətirdi
ATƏT Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdır
May 28, 2021 13:22 Asia/Baku
ATƏT Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə gələn təkrar məlumatlardan narahatdır
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, İsveç Xarici İşlər Naziri Ann Linde Twitter səhifəsində yazıb.
O bildirib: “Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə təkrar gələn məlumatlar bizi narahat edir. Bütün həll olunmamış məsələlər sülh yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. ATƏT dialoq üçün əlverişli bir atmosfer yaratmaq üçün kömək göstərməyə və etimadın möhkəmləndirilməsi tədbirləri görməyə hazırdır ”.