May 29, 2021 15:08 Asia/Baku
  • Aİ Ermənistan ilə Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi üçün yardım təklif edib

Avropa İttifaqı Ermənistan ilə Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi üçün yardım təklif edib.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi və bölgədə sülhün bərqərar olması üçün öz yardımını və ekspert təcrübəsini təklif edib. 

Bu barədə İttifaqın xarici siyasət idarəsinin rəsmi internet səhifəsində yerləşdirilmiş bəyanatda deyilir.  

Ermənistan-Azərbaycan sərhəddindəki son hadisələri həyəcanverici adlandıran Avropa İttifaqı hər iki tərəfi münaqişənin daha da gərginləşməsindən çəkinməyə çağırıb.

Bəyanatda qeyd olunur ki, tərəflər 12 may tarixinədək yerləşdikləri mövqelərə çəkilməli, sərhədlərin delimitasiyası və demarkasiyasına başlamalıdırlar.

Avropa İttifaqı həmçinin Azərbaycandan “bütün hərbi əsirləri və saxlanılmış şəxsləri azad etməyi” tələb edib. A

Qeyd edək ki, Azərbaycan tərəfi müharibədən sonra nəzarət altına alınmış erməni hərbçilərini terrorçu adlandıraraq, onları məhkəmə qarşısına gətirməyi planlaşdırır. 

Teqlər