May 30, 2021 10:28 Asia/Baku
  • Rus əsgərlər Ermənistan-Azərbaycan sərhədinə yerləşdi

Rusiya sülhməramlılarının nümayəndələri Ermənistan-Azərbaycan sərhədinə gəliblər.

SəhərAzəri xəbər verir ki, bu barədə Vardenis rayonunun Kut kəndinin icra nümayəndəsi Sima Çitçyan məlumat verib.

Çitçyan deyib: "Təxminən iki saat öncə Rusiya bayrağı altında mövqelərə qalxdılar. Bizimlə danışmadılar, lakin daha sonra yerli sakinlər sülhməramlı olduqlarını söylədilər. Yerli özünüidarə orqanlarının nümayəndələri xəritələrimizlə onları izlədilər".

Çitçyan əlavə edib ki, Ermənistan-Azərbaycan sərhədində danışıqlar davam edir. Son iki gündə vəziyyət sakitdir.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ötən gün bildirmişdi ki, Azərbaycan və Ermənistan sərhədindəki situasiya ilə əlaqədar, Rusiyanın Sərhəd Qoşunları Zəngəzurda mövcudluğunu artırıb.

Teqlər