İyun 14, 2021 11:56 Asia/Baku
  • R.Köçəriyan növbəti işğala 2 il vaxt istəyir

Ermənistanın keçmiş prezidenti, hazırda seçkilərə “Ermənistan” (Hayastan) bloku ilə qatılan Robert Köçəryan Hadrutu yenidən “qaytaracağı”na (işğal edəcəyinə) böyük ölçüdə ümid etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Dilicanda seçicilərlə görüşdə Köçəryan iddia edib ki, Şuşanın da “qayıdacağına” “qismən inanır”.

Köçəriyana görə keçmiş və 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin “sərhədi”nin bərpası ilə bu, mümkündür.

Köçəryan hətta bunun reallaşmasına vaxt da təyin edib, deyib ki, bu proses iki il vaxt ala bilər:

Köçəriyan belə bir ciddi danışıqlar üçün müttəfiqlərlə əlaqələri bərpa etməyin vacibliyini vurğulayıb və məsələni sadəcə özü həll edə bilər deyib.  

Köçəryan davamında Rusiyadakı erməni biznesmenlərlə danışıqlar apardığını, ermənilərin Qarabağa köçürülməsi üçün tikinti işləri görəcəyini də vəd edib. O bildirib ki, bu işə “Hayastan” fondundan 100 milyon dollar ayrıla və kəndlər böyüdülə, çoxsaylı evlər tikilə bilər.

Siyasi ekspertlərə görə, Ermənistanın lazımı Maddi imkanlrı təmin edəcəyi təqdirdə ermənilərin Qarabağa köçürülməsi və bölgədə ermənilərin sayının gözə çarpacaq dərəcədə artırılması mümkündür, ona görə ki, üçtərəfli bəyanatda bu məsələyə mane ola biləcək hansısa razılaşma yoxdur.

Eyni zamanda Köçəriyanın müttəfiqlərlə əlaqələri bərpa etməklə verdiyi vədləri yerinə yetirməyin mümkünlüyü barədə fikirləri də Rusiyanın Qarabağı öz nəzarətində saxladığını eləcə də Fransa və ABŞ-ın anti-Azərbaycan mövqelərini nəzərə alaraq real görünə bilər.

 

Teqlər