Diversant-xəritə mübadiləsində Rusiyanın rolu təsdiqlənir
Nikoldan şok: Mina xəritələrini Rusiya vasitəsilə vermişik
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mina xəritəsinin Rusiya vasitəsi ilə Azərbaycana verildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Paşinyan deyib ki, Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan hakimiyyəti minalanmış ərazilərin xəritəsini Rusiya sülhməramlı kontingentinin vasitəsilə verdi.
O, söhbətlərinə əlavə edib: "Bəzi müxalifət nümayəndələri və KİV mina xəritələrinin mövcudluğunu Rusiyadan gizli saxladığımızı söyləyirlər. Bu, tamamilə absurddur, çünki buna qədər biz Azərbaycana minalanmış ərazilərin kiçik xəritələrini vermişik, bunu da Rusiya sülhməramlıları vasitəsilə etmişik”.
Paşinyanın sözlərinə görə, Rusiya Azərbaycanda olan erməni hərbçilərinin qaytarılmasında vasitəçilik səylərini davam etdirir:
Qeyd edək ki, Ağdamın minalanmış ərazilərinin xəritəsini Ermənistan Tiflisin vasitəşiliyi ilə Azərbaycana verib və 15 erməni diversantda Gürcüstan vasitəsilə qaytarılıb. Bununla bağlı Gürcüstan da rəsmi açıqlama ilə çıxış edib. Azərbaycan mediaları bu məsələdə Rusiyanın deyil, ATƏT və ABŞ-ın rol oynadığını iddia edirlər.