İyun 16, 2021 10:29 Asia/Baku
  • Levon Ter-Petrosyan: “Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, dünya ölkələri Qarabağı Azərbaycan ərazisi hesab edir.

SəhərAzəri-nin məlumatına əsasən,Ermənistanın sabiq dövlət başçısı Ermənistanın İctimai Televiziyasının efirində əlavə olaraq deyib: 

“Bu məsələdə Ermənistanın müttəfiqi yoxdur və heç vaxt olmayıb. İndi vəziyyət daha da çətindir. Bizim heç nəyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”, - Levon Ter-Petrosyan vurğulayıb.

O, ikinci prezident Robert Köçə ryanın yeni müharibə bəyanatını təhlükəli hesab edir. “Bu, problemlərə gətirib çıxara bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə halında mümkündür. Yəni Robert Köçəryan yeni müharibə vədini verir.

Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycan ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, - Levon Ter-Petrosyan qeyd edib.

Teqlər