Paşinyan "müstəqillik" tezisinin təhlükəli olduğunu bildirdi
https://azeri.sahartv.ir/news/qafqaz-i378146-paşinyan_müstəqillik_tezisinin_təhlükəli_olduğunu_bildirdi
Ermənistanın Qarabağın “müstəqilliyi”ni tanıması ilə bağlı açıqlamalar təhlükəlidir və müharibə səbəbidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2021 09:54 Asia/Baku
  • Paşinyan

Ermənistanın Qarabağın “müstəqilliyi”ni tanıması ilə bağlı açıqlamalar təhlükəlidir və müharibə səbəbidir.

SəhərAzəri-nin məlumatına görə, bunu Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan İctimai Televiziyanın efirində seçkilərlə bağlı keçirilən debatda deyib.

Paşinyan rəqiblərinin Ermənistan hökumətinin 44 günlük müharibə zamanı Qarabağın müstəqilliyini tanımaması ilə bağlı ittihamlarına cavab verib:

Paşinyan bildirib: “Çox maraqlı vəziyyətdir. Bizi qınayırlar ki, mənim dediyim “artsax Ermənistandır” ifadəsi müharibəyə təhrik etdi. Amma indi həmin adamlar soruşur ki, niyə “artsax”ı tanımırıq. Onlara görə ki, əgər o cümlə müharibəyə gətirib çıxarmışdısa, “artsax”ın tanınması müharibəyə səbəb olmayacaqdı? Bu gün də tanınma məsələsini təkrarlamağa davam edirlər. Hesab edirəm ki, bu mövqe müharibəyə gətirib çıxaracaq”.