İyun 18, 2021 20:18 Asia/Baku
  • Peskov Türkiyəyə xəbərdarlıq etdi

Türkiyə prezidentinin Azərbaycanda türk hərbi bazasının qurala biləcəyinə dair açıqlaması Rusiyanı hiddətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidentinin sözçüsü Dmitri Peksov Türkiyənin Azərbaycanda hərbi baza yaratması istəyinə belə reaksiya verib: “Türkiyə Azərbaycanda  hərbi baza  yaradarsa, Rusiya müəyyən addımlar atmalı olacaq. Rusiya Türkiyənin hərbi baza qurmaq istəyini yaxından təqib edir. Türkiyənin bu həmləsi qarşısında Rusiya öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün addımlar atmalı olacaq”.

Atlas Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu öz feysbuk səhifəsində bu barədə Rusiyanı tənqid atəşinə tutaraq yazır ki, Peskovun cümlələrində birbaşa və sətiraltı hədələr var.

Azərbaycanlı politoloq Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının Rusiyaya belə bir reaksiya verməsini arzulayıb. “Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, bu ikili anlaşma çərçivəsində olacaq və üçüncü dövlətlərə qarşı yönəlməyəcək. Rusiyanın Türkiyənin qonşusu Ermənistanda hərbi bazası var və yenisini yaratması barədə xəbərlər yayılır. Biz Rusiyanın Ermənistanda hərbi bazasını genişləndirməsinə və yenisini yaratması istəyinə müdaxilə etmədiyimiz kimi Türkiyənin də qardaş və müttəfiq hesab etdiyi Azərbaycanda hərbi baza yaratması təşəbbüsünə bir başqa dövlətin qarışmasını yolverilməz hesab edirik”,- deyə Elxan Şahinoğlu öz paylaşımında vurğulayır. 

Teqlər