İyun 21, 2021 10:46 Asia/Baku
  • Paşinyanın partiyası seçkilərdə qalib gəlib - 54 faiz səslə!

 Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası Ermənistandakı növbədənkənar parlament seçkilərində qalib gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın Mərkəzi Seçki Komissiyası 2800 məntəqə üzrə bütün seçki bülletenindən ibarət səslərin 100%-ni hesabladıqdan sonra açıqlama yayıb.

Bildirilir ki, Paşinyanın seçki bloku 53,92% səslə qalib gəlibdir. Eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku 21,04% səslə ikinci olub. 

Xatıladaq ki, 20 iyunda Ermənistanda erkən parlament seçkiləri keçirilib. Seçkilərdə 25 siyasi qüvvə: 21 partiya və 4 blok iştirak edib. Səsvermə hüququ olan 2 milyon 578 min vətəndaşdan 44,4 %-i səsvermədə iştirak edib. Bu isə o deməkdir ki, seçici fəallığı 49,4% olub.

Ermənistan Baş Naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan, respublikadakı növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini şərh edərkən bildirib ki, ölkədə "polad" inqilab baş verib.

Onun sözlərinə görə, erməni xalqı üç ildə ikinci dəfə inqilab həyata keçirdi və bu dəfə məxmər əvəzinə poladdır.

Paşinyan, partiyasının qələbəsinin "sosial və milli həmrəyliyi bərpa edəcəyinə" əmin olduğunu qeyd edib.

O həmçinin deyib ki, Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələri yaxşılaşdırmaq, inkişaf etdirmək niyyətindədir. Paşinyan “erməni xalqına dəstəyə görə” Rusiya prezidenti Vladimir Putinə və baş nazir Mixail Mişustinə minnətdarlıq edib. Ardınca Fransa prezidenti Emmanuel Makrona, ABŞ prezidenti Cozef Baydenə və Avropa Komissiyasının rəhbəri Şarl Mişelə təşəkkür bildirib.

Digər tərəfdən Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan öz tərəfdarlarını iyunun 21-i Yerevanın Respublika Meydanında mitinq keçirməyə çağırıb.

Hələlik Robert Köçəryan və Serj Sərkisyanın, eləcə də digər müxalifət liderlərinin seçkilərin nəticələrinə dair bəyanatları yoxdur. Bununla belə, seçkilərdə ciddi pozuntular qeydə alınmadığı üçün onların nəticələrin legitimliyini tanıması qaçılmaz hesab edilir. Bununla belə Koçaryanın başçılıq etdiyi blok bəyan edib ki, nəticələri tanımağa tələsmir, çünki səslərin sayılması zamanı çoxsaylı şübhəli hallar baş verib. “Ermənistan” bloku bildirir ki, bu elan olunmuş nəticələr olduqca ziddiyyətlidir və etibar ediləsi deyil. Bəyanatda deyilir ki, yüzlərlə seçki məntəqələrindən çoxsaylı pozuntular haqda xəbərlər gəlir və bütün şübhələr aradan qalxmayana qədər nəticələri tanımayacaqlar.

 

Teqlər