İyun 23, 2021 11:59 Asia/Baku
  • Rusiya prezidenti Kremlin qətiyyətli addımlar atdığını söyləyib

Rusiya prezidenti IX Moskva beynəlxalq təhlükəsizlik konfransının iştirakçılarına videomüraciətində Dağlıq Qarabağ ətrafındakı münaqişənin nizamlanmasında ölkəsinin “qətiyyətli rolundan” danışıb.

SəhərAzəri  Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Vladimir Putin münaqişənin nizamlanmasında ölkəsinin rolunun “həlledici olduğunu” deyib.

Onun sözlərinə görə,məhz Rusiyanın qətiyyətli töhfəsi nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırıldı.

Putin əlavə edib ki, Rusiya sülhməramlıları regionda sülhü və təhlükəsizliyi etibarlı şəkildə təmin edir, humanitar situasiyanın yaxşılaşması üçün çox iş görür, ərazilərin minalardan təmizlənməsini, sosial infrastrukturun bərpasını həyata keçirir.

 

Teqlər