Lavrov-Çavuşoğlu görüşü keçirilib
Rusiya və Türkiyənin XİN başçıları region məsələləri ətrafında fikir mübadiləsi aparıblar
İyul 01, 2021 12:58 Asia/Baku
Rusiya xarici işlər naziri öz türkiyəli həmkarı ilə danışıqlar aparmaq üçün bu ölkənin cənubunda yerləşən Antaliya şəhərinə daxil olub.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrovun Türkiyəyə səfəri türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə həyata keçirilib.
Rusiya və Türkiyənin xarici işlər nazirləri dünən axşam Antaliyada ikitərəfli əlaqələr də daxil olmaqla region məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Krım yarımadası ilə bağlı məsələlər, Qarabağ savaşı, Suriyanın təhlükəsizlik məsələləri və iki ölkə əlaqələrinin inkişaf yolları dünənki Lavrov-Çavuşoğlu danışıqlarının mehvəri olubdur.