Rusiya və Türkiyənin XİN başçıları region məsələləri ətrafında fikir mübadiləsi aparıblar
https://azeri.sahartv.ir/news/qafqaz-i378617-rusiya_və_türkiyənin_xİn_başçıları_region_məsələləri_ətrafında_fikir_mübadiləsi_aparıblar
Rusiya xarici işlər naziri öz türkiyəli həmkarı ilə danışıqlar aparmaq üçün bu ölkənin cənubunda yerləşən Antaliya şəhərinə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2021 08:28 Asia/Baku
  • Rusiya və Türkiyənin XİN başçıları region məsələləri ətrafında fikir mübadiləsi aparıblar

Rusiya xarici işlər naziri öz türkiyəli həmkarı ilə danışıqlar aparmaq üçün bu ölkənin cənubunda yerləşən Antaliya şəhərinə daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrovun Türkiyəyə səfəri türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə həyata keçirilib.

Rusiya və Türkiyənin xarici işlər nazirləri dünən axşam Antaliyada ikitərəfli əlaqələr də daxil olmaqla region məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Krım yarımadası ilə bağlı məsələlər, Qarabağ savaşı, Suriyanın təhlükəsizlik məsələləri və iki ölkə əlaqələrinin inkişaf yolları dünənki Lavrov-Çavuşoğlu danışıqlarının mehvəri olubdur.