İyul 14, 2021 12:02 Asia/Baku
  • Azərbaycanın terrorçu saydığı diversantların qaytarılması Ağ Ev-in əsas tələbidir

ABŞ dövlət katibi Paşinyana zəng edərək, Ermənistana dəstək ifadə edib, və ölkəsinin Qarabağ məsələsində mövqeyini dəyişmədiyini onun diqqətinə çatdırıb.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, telefon danışığı zamanı Entoni Blinken Vaşinqtonun “bütün erməni əsirlərinin Azərbaycandan qaytarılması” üçün səylərini davam etdirəcəyini bildirib.

Diplomat habelə Minsk Qrupunun fəaliyyətinin bərpa ediləcəyinə ümid bəslədiyini deyib. “Münaqişənin uzunmüddətli həllinin tapılması üçün” sülh prosesinin aydın gündəminin işlənib hazırlanmasının zəruriliyini qeyd edib.

Nikol Paşinyan isə bir ay əvvəl Azərbaycandan erməni “əsirlərinin” qaytarılmasında dövlət katibinin köməkçisi Filip Rikerin göstərdiyi səyləri yüksək qiymətləndirib

Teqlər