İyul 18, 2021 14:17 Asia/Baku
  • Paşinyan
    Paşinyan

Ermənistanın konstitusiya məhkəməsi bu ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsini təsdiq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın bundan öncə bu ölkənin parlament seçkilərinin nəticəsini rədd və ona etiraz etməsinə rəğmən, Ermənistanın konstitusiya məhkəməsi bir daha bu seçkilərin nəticələrini təsdiq edibdir.

Robert Koçaryan iyirmi iyun parlament seçkilərində səslərin iyirmi bir tam onda doqquz faizini qazanmışdı. Belə bir halda, Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin əlli üç tam yüzdə doxsan bir faizini əldə edərək, bu seçkilərin qalibi kimi təqdim edilmişdi.

 

Teqlər