İsrail həkimləri erməni hərbçilərin reabilitasiyasında iştirak edirlər
https://azeri.sahartv.ir/news/qafqaz-i379448-İsrail_həkimləri_erməni_hərbçilərin_reabilitasiyasında_iştirak_edirlər
İsrailli həkimlər erməni hərbçilərin reabilitasiyası prosesində iştirak edirlər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 26, 2021 08:52 Asia/Baku
  • İsrail həkimləri erməni hərbçilərin reabilitasiyasında iştirak edirlər

İsrailli həkimlər erməni hərbçilərin reabilitasiyası prosesində iştirak edirlər.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Aşdodnet portalı xəbər verir ki, qlobal epidemiyanın tüğyan etdiyi günlərdə "Beit Hadar" Tibb Mərkəzinin heyəti uzaq ölkələrdə xəstələrin reabilitasiya prosesinə kömək etməyə çalışır. 

Bununla əlaqədar Qarabağ müharibəsi dövründə yaralanaraq amputasiya əməliyyatı keçirən çox sayda erməni hərbçinin, xüsusilə də separatçıların reabilitasiya prosesinə israilli həkimlər də cəlb edilib. 

Məlumatda qeyd olunur ki, "Beit Hadar" Tibb Mərkəzi Ermənistana kömək məqsədi ilə müxtəlif təşkilatlarla əməkdaşlıq edir və erməni hərbçilərə yardım üçün təşəbbüslər irəli sürür. Belə ki, bu xüsusda qondarma İsrail dövlətinin tapşırıqları dəqiq yerinə yetirilir.