Avq 08, 2021 12:42 Asia/Baku
  • Diplomat Azərbaycana gözdağı verir

Amerikanın İrəvandakı səfirinin Azərbaycan yaxınlığındakı ərazidə istirahətə çıxması medianın diqqətini çəkib.

SəhərAzəri-nin məlumatına əsasən, Moderator portal yazır ki, "Qarabağ ermənilərinə status" deyən ABŞ-ın Ermənistan səfiri Zəngəzurda dincəlir.

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi hazırda Azərbaycanla həmsərhəd Sünik vilayətində istirahət edir.

Xatırladaq ki, Azərbaycan rəhbərliyinin Zəngəzur adlandırdığı bölgə barədə dəfələrlə iddialar irəli sürməsi Ermənistanda və onun əsas himayədarı sayılan ABŞ və Fransada ciddi qəzəblə qarşılanıb və Fransanın dövlət başçısı Azərbaycanı “işğaıçı” dövlət adlandıraraq ona xəbərdarlıq edib, ABŞ isə rəsmi Bakını sərhəd ixtilaflarını siyasi yolla həll etməyə çağırmaqla yanaşı Etmənistana hərbi yardımlarını artırıb.

İndi müşahidəçilər xanım səfirin bu kontekstdə Zəngəzur və ya Sünikə səfərini siyasi jest və Azərbaycana gözdağı kimi qiymətləndirirlər.   

Moderator.az xəbər verir ki, səfirin Zəngəzur tətilinin görüntüləndiyi foto-şəkillər ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi Təşkilatının Ermənistan şöbəsinin “Facebook” səhifəsində yerləşdirilib.

 Səfir yerli sakinlərlə birlikdə Sünik dağlarındakı gəzintində iştirak edib.

Xatırladaq ki,  10 Noyabr üçtərəfli razılaşmasından bəri ABŞ -ın Ermənistandakı səfiri Lin Treysi dəfələrlə Ermənistanın Azərbaycanla sərhədinə, xüsusən Zəngəzura səfərlər edib.  27  iyulda o, Kəlbəcərlə sərhəd ərazisinə də gəlib. Və tərəflərə “münaqişənin Minsk Qrupu çərçivəsində həlli üçün səyləri davam etdirməyə çağırıb”. Minsk Qrupu isə həmsədrlər ABŞ, Fransa və Rusiya başda olmaqla Qarabağdakı ermənilərə “status” tələb edir...

 

Teqlər