Nikol Paşiniyan:
Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırıq
Ermənistan baş naziri Nikol Paşiniyan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın son günlər Ermənistanla münasibətlərin normallaşdırılması barədə verdiyi təklifə müsbət cavab verib.
SəhərAzəri-nin verdiyi məlumata görə,Ermənistan Baş naziri Nikol Paşinyanın bildirib ki, Türkiyə Prezidenti Ermənistanla münasibətlərin nizamlanması imkanlarını artıq şərh etmişdir:
“Bu bəyanatlarda biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının müzakirəsi, avtomobil və dəmir yolları əlaqələrinin bərpası imkanlarını görürük. Biz daha geniş kontekstə keçəcək belə danışığa hazırıq”.
O, regionda sülh və stabilliyin Ermənistan hakimiyyətinin uzunmüddətli strategiyası olduğunu deyib.
Xatırladaq ki, dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də avqustun 19-da CNN Türk Televiziyası ilə müsahibədə ölkəsinin Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu, lakin qarşı tərəfin bundan çəkindiyini vurğulamışdır.
Ermənistan baş naziri Nikol Paşiniyan Türkiyə ilə əlaqələrin normallaşdırılması barədə Türkiyə prezidentinin təklifini müsbət qarşılasa da Azərbaycan Respublikası prezidentinin oxşar çağırışlarına hələ cavab verməyib.