Sen 16, 2021 10:18 Asia/Baku
  • Paşinyan yenidən anons verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə dialoqun qurulmasını müzakirə etməyə hazır olduqlarını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan hökumətinin başçısı bəyan edib ki, Türkiyədən dialoqun qurulması ilə bağlı gələn siqnalları müzakirə etməyə hazırdır.

Paşinyan parlamentdə deputat Sarkis Xandanyanın sualını cavablandırarkən deyib ki, artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib.

Onun sözlərinə görə, əgər dialoq başlayacaqsa, Ermənistan hökuməti təbii olaraq bu barədə vətəndaşlarını məlumatlandırmalıdır.

Xatırladaq ki, bundan əvvəl də N. Paşinyan Ermənistanın regionda sülhün bərqərar olması üçün Türkiyə tərəfindən bəzi müsbət siqnallar aldığını bildirib. O əlavə edib ki, onlar bu siqnalları qiymətləndirəcək, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəklər.

Teqlər