Sen 20, 2021 17:11 Asia/Baku
  •  Ermənistan regional kommunikasiya xətlərinin açılmasında maraqlıdır

Ermənistanın baş naziri rəsmi İrəvanın regional kommunikasiya xətlərinin açılmasında maraqlı olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan İrəvanda Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşündə deyib ki, Ermənistan 25 ildən çoxdur davam edən blokadadan çıxışı nəzərdə tutan regional kommunikasiya xətlərinin bərpasında son dərəcə maraqlıdır.

Paşinyan belə bir addımın atılmasını fürsət adlandırıb. "Biz kommunikasiya xətlərinin açılmasında son dərəcə maraqlıyıq və bir fürsət olaraq görürük. Ümid edirik ki, işlərimiz yekunlaşanda konkret qərarlar qəbul edəcəyik", deyə o qeyd edibdir.

Teqlər