Bayden: "Biz erməni xalqının acısına ortağıq"
https://azeri.sahartv.ir/news/qafqaz-i381321-bayden_biz_erməni_xalqının_acısına_ortağıq
ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar bu ölkənin baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2021 10:30 Asia/Baku
  • Bayden:

ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar bu ölkənin baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika dövlət başçısı öz məktubunda xüsuai olaraq Qarabağ məsələsinə toxunub. “Ermənistan xalqı təhdidlər, o cümlədən Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təhdidlərlə üzləşib, bu da faciəvi itkilərə səbəb olub. Biz erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münaqişənin nizamlanması üçün Ermənistan hökuməti ilə əl-ələ işləyəcəyik”,- deyə Bayden təbrik məktubunda qeyd edir.

Bayden həmçinin erməni əsirlərin azad edilməsinə dəstək vəd edib və məktubda yazıb ki, ABŞ Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi istiqamətində tədbirləri davam etdirəcək.