Sen 25, 2021 12:12 Asia/Baku
  • Zəngəzur dəhlizini açmadan da Türkiyə ilə münasibətləri nizamlamaq olar

Ermənistan dövlətinin bir rəsmisi bəyan edib ki, rəsmi İrəvan Zəngəzur dəhlizini açmadan Türkiyə ilə münasibətləri nizamlamaq istəyir.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan cümə günü İrəvanda keçirilən brifinqdə bildirib: "Ermənistan Türkiyə ilə münasibətlərini nizamlamalı, regionda sülh və sabitliyin bərqərarına nail olmalıdır."

Qriqoryan qeyd edib: "Bu məntiq çərçivəsində biz həmçinin Türkiyə ilə münasibətləri də nizama salmalıyıq. Bu nizamlanma tədricən olmalıdır. Əminik ki, nizamlanmanın imkanlarından biri Ermənistanla Türkiyə arasında yüksək və ali səviyyədə dialoqdur və bu istiqamətdə siyasi addımlar atılır".

Eyni zamanda o deyib ki, Zəngəzur dəhlizinin açılmasına çağıran Türkiyənin şərtlərilə münasibətlərin normallaşmasına başlamaq çox çətin olacaq. 

Teqlər