Kosobokov niyə beləcə tez getdi?
Rusiya sülhməramlıların komandiri yenidən deyişdi
Rusiyanın Qarabağdakı sülhməramlılarına yeni komandan təyin edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüş zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.
Xatırladaq ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. Hazırda məsuliyyət Gennadi Anaşkinə keçib.
Yeri gəlmişkən bildirək ki, sülhməqamlılar kontingentinə Kosobokovun komandan təyin edilməsi Azərbaycanda böyük narazılıq doğurmuşdu. Bildirilirdi ki, sözü gedən rus generalı müsbət küçmişə malik deyil.
siyasi şərhçi Azər Rəşidoğlu isə ounun haqqında bu ifadələri dilə gətirmişdi: “Abxaziya cəlladı” ləqəbini qazanmış, “qaynar nöqtə”lərdə öz sərtliyi ilə tanınan general-mayor Mixail Kosobokovun bu posta gətirilməsi ondan xəbər verir ki, Kreml Qarabağda Rusiyanın müvəqqəti nəzarətində olan ərazilərdə möhkəmlənmək və daha sərt addımlar atmağı planlaşdırırlar”.