Bu gün Kremldə
Putin və Paşiniyan görüşüblər
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Kremldə görüşüblər.
SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata əsasən,Rusiya Prezidenti N. Paşinyanla mütəmadi telefon danışıqları apardığını vurğulayıb: “Əlbəttə ki, şəxsi görüşlər hər zaman məhsuldar keçir. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Formal və qeyri-formal danışıqlar aparacaq, birlikdə nahar edəcək və mövcud məsələləri müzakirə edəcəyik”.
V. Putin Rusiya-Ermənistan əməkdaşlığına dair əsas məsələləri, eləcə də regionda vəziyyətin nizamlanması barədə fikir mübadiləsi aparacaqlarını da vurğulayıb.
N. Paşinyan isə çıxışında Rusiya Prezidenti ilə dördüncü dəfə görüşdüyünü xatırladıb: “Bu, bizim münasibətlərin yüksək dinamikasından xəbər verir. Regionda, ümumilikdə dünyada dinamik proseslər gedir. Çox vacibdir ki, müttəfiqlər tez-tez görüşsünlər, danışsınlar”.
O qeyd edib ki, hələlik regionda vəziyyətin tam sabitləşməsindən danışmaq olmaz. Baş nazir əlavə edib ki, regionun təhlükəsizliyinin təmin olunmasında Rusiya açar rolunu oynayır: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Əlbəttə ki, bütün bunlar vacib məsələlərdir”.