Okt 25, 2021 15:56 Asia/Baku
  • Paşinyan regionun inkişafı və düşmənçiliyin aradan qaldırılmasından danışdı

Ermənistan baş naziri kommunikasiyaların açılmasını regionun inkişafı və düşmənçiliyin aradan qaldırılmasına öz töhfəsini verəcəyini bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan hökumətin bugünki iclasında regionun iqtisadi və nəqliyyat infrastrukturundan istifadə məhdudiyyətlərinin qaldırılmasının tərəfdarı olduğunu, bunun Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcəyini bildirib.

O bildirib ki, Ermənistan ətrafında əlverişli xarici mühit yaratmaq regionda düşmənçilik mühitinin aradan qaldırılması, danışıqlar prosesinin və Qarabağ münaqişəsinin nizamlanmasının bərpa edilməsi, regional iqtisadi və nəqliyyat infrastrukturundan istifadə məhdudiyyətlərinin qaldırılması ilə mümkündür.

Paşinyan həmçinin, Azərbaycanla sərhədlərin delimitasiyasını və demarkasiyasını regional təhlükəsizliyi gücləndirən amil adlandırıb, bunu "Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması" ilə əlaqələndirib.

Teqlər