Rusiya ilə Ermənistan kommunikasiyaların açılmasını müzakirə etdi
Cənubi Qafqazda bütün kommunikasiyaları açılır
Noy 02, 2021 11:47 Asia/Baku
Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Ararat Mirzoyan arasında telefon danışığı olub.
SəhərAzəri-nin məlumatına əsasən, RİA "Novosti” xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında qeyd olunur: “Nazirlər Ermənistanla Azərbaycan sərhədində gərginliyə son qoymaq, Cənubi Qafqazda bütün kommunikasiyaları açmaq, regional əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məsələlərinə dair yekdil mövqeyə gəliblər. Həmçinin Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb”.