“Hələ konkret anlaşma yoxdur”
https://azeri.sahartv.ir/news/qafqaz-i382984-hələ_konkret_anlaşma_yoxdur
Kreml bildirib ki,bu gün Qarabağla bağlı razılaşmanın ildönümündə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında təmas planlaşdırılmır.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 09, 2021 11:52 Asia/Baku
  • “Hələ konkret anlaşma yoxdur”

Kreml bildirib ki,bu gün Qarabağla bağlı razılaşmanın ildönümündə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında təmas planlaşdırılmır.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu gün bu məsələ ilə bağlı heç bir təmas planlaşdırılmır.
O qeyd edib ki, Moskva ilə Bakı və İrəvan arasında əlaqə müxtəlif səviyyələrdə və istisnasız olaraq müntəzəm şəkildə aparılır:
"Üçlükdə ünsiyyətə gəlincə, nə vaxtsa belə bir razılaşma əldə olunarsa, biz sizə məlumat verəcəyik. Hazırda konkret anlaşma yoxdur".