Noy 09, 2021 15:22 Asia/Baku
  • “Hələ konkret anlaşma yoxdur”

Kreml bildirib ki,bu gün Qarabağla bağlı razılaşmanın ildönümündə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında təmas planlaşdırılmır.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu gün bu məsələ ilə bağlı heç bir təmas planlaşdırılmır.
O qeyd edib ki, Moskva ilə Bakı və İrəvan arasında əlaqə müxtəlif səviyyələrdə və istisnasız olaraq müntəzəm şəkildə aparılır:
"Üçlükdə ünsiyyətə gəlincə, nə vaxtsa belə bir razılaşma əldə olunarsa, biz sizə məlumat verəcəyik. Hazırda konkret anlaşma yoxdur".

Teqlər