Noy 11, 2021 15:52 Asia/Baku
  • Ermənistan Gorus-Qafan yolundan imtina etdi

Ermənistanın Baş naziri hökumətin bu gün keçirilən iclasında deyib ki, artıq ermənistan yeni yola keçir.

SəhərAzəri-nin verdiyi məlumata görə,Ermənistanın Baş naziri Nikol Paşinyan deyib: Azərbaycan Gorus-Qafan yolunda gömrük nəzarəti yaratmaq istəyir, ona görə Ermənistan yeni yola keçir.

Onun sözlərinə görə, bundan sonra Ermənistan tərəfi öz vətəndaşlarını Qafan–Aqvani–Tatev yoluna yönləndirir.

Paşinyan bildirib ki, bu yol demək olar ki, hazırdır:

"Mən özüm o yolla getmişəm və deyə bilərəm ki, keyfiyyətli yol qurulub. O, yolu qoşqulu avtomobillər üçün hazırlamaq qalıb. Ötən gecədən etibarən İran maşınları da daxil olmaqla yüzə yaxın maşın Qafana gedib",- deyə Paşiniyan bildirib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə günü, noyabrın 10-da İctimai TV-yə müsahibəsində deyib ki, Azərbaycan noyabrın 11-dən Gorus-Qafan avtomobil yolunda gömrük postları quracaq.

"Bu gün Azərbaycan tərəfi Ermənistan tərəfinə məlumat verib ki, 00:00-dan Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirəcək, yəni nəzarət-buraxılış məntəqələr quracaq", - Qriqoryan deyib.

Teqlər