İrəvandan Türkiyəyə birbaşa uçuşlar həyata keçəcək
https://azeri.sahartv.ir/news/qafqaz-i383484-İrəvandan_türkiyəyə_birbaşa_uçuşlar_həyata_keçəcək
Ermənistanın “Flyone Armenia” şirkəti İstanbula birbaşa uçuşlar həyata keçirəcək.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 25, 2021 09:43 Asia/Baku
  •  İrəvandan Türkiyəyə birbaşa uçuşlar həyata keçəcək

Ermənistanın “Flyone Armenia” şirkəti İstanbula birbaşa uçuşlar həyata keçirəcək.

SəhərAzəri-nin “Sputnik Armenia”-ya istinadən verdiyi məlumata görə, Ermənistanın “Flyone Armenia” şirkəti dekabrın 15-dən etibarən İstanbul da daxil olmaqla 7 istiqamət üzrə birbaşa uçuşlar reallaşdıracaq. Digər şəhərlər Moskva, Tehran, Lyon, Tel Əviv, Krasnodar, Tbilisi və Kutaisidir.

Şirkətin yaydığı məlumata əsasən, bütün uçuşlar İrəvanda yerləşən “Zvartnots” beynəlxalq hava limanından həyata keçiriləcək. Şirkət ilk reysi Moskva şəhərinə (Vnukovo hava limanı) edəcək.

Məlumata görə İrəvandan Türkiyənin ən böyük şəhərinə uçuşlar həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək.