Noy 27, 2021 13:04 Asia/Baku
  • Soçi bəyanatında “Dağlıq Qarabağ münaqişəsi”

Azərbaycan Respublikası, Ermənistan və Rusiya rəhbərlərinin 2021-ci il noyabrın 26-da Soçi şəhərindəki görüşdə imzaladıqları bəyanatda Dağlıq Qarabağ münaqişəsi ifadəsi yer alıb.

SəhərAzəri-nin məlumatına əsasən,Bəyanatda deyilir ki, üç ölkə başçıları Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə ediblər.

Bəyanatda Rusiya sülhməramlı kontingentinin Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdiyi vurğulanır.

Bəyanatda

Azərbaycan Respublikası ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılmasının şərtləşdirildiyi qeyd olunur.

Bəyanatda Üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilir, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyi vurğulanır.

Bəyanatda Rusiyanın Azərbaycan Respublikası ilə Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə köməklərini davam etdirəcəyi bildirilir.

Bəyanatda Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinin taleyinə, Ermənistanın həmin bölgəyə ərazi iddialarına son qoyması mövzusuna işarə edilməyib.

 

Teqlər